İnzibati orqanların diskresion səlahiyyəti

13.10.2023 3 dəqiqə oxuma müddəti
Paylaş

Diskresyon səlahiyyət nədir?

  • 2.0.7. diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;

Mümkün qanunauyğun qərarlar ifadəsi minumum iki qərarın mövcudluğunu bildirir. Artıq bunun hansının qəbul edilməsi seçimi isə inzibati orqanın diskresyon səlahiyyəti hesab olunur. Nəzəriyyədə əsas aparıcı fikir budur ki, hansı normada “bilər” sözü varsa bu artıq inzibati orqanın diskresyon səlahiyyətinin mövcudluğunu göstərir[1]. Bəs bu “bilər” sözü hər zaman diskresyon səlahiyyətin mövcudluğuna dəlalət edir mi? Bu biraz sual yaradır. Anlayış bizdən qərarları tələb edir ki, inzibati orqan bu qərarlardan birini seçə bilər. Məsələn lisenziyanın verilməsi ilə bağlı “lisenziya verə bilər” ifadəsi diskresyonluğu bildirir mi? Yəni müəyyən tələblər mövcud olduğu halda inzibati orqan lisenziyanı verməlidir. Bu o deməkdir ki, burada diskresyonluq yoxdur. Yaxud çox geniş yayılmış misal, çıxarış almaq istəyirsən və qanunda qeyd edilir ki, inzibati orqan çıxarışı verə bilər. “Verə bilər” ifadəsinin işlənməyi nə qədər düzgündür? Bu ifadənin əvəzinə “verilməlidir” yaxud “verilir” ifadəsini işlətmək daha düzgün olardı deyə düşünürəm. Digər bir misala nəzər yetirək.

Yağışlı hava olduqda nəqliyyat polisi yolu bağlaya bilər. Yolun bağlanması ilə bağlı bir qərar mövcuddur lakin yolun bağlanmaması bir qərar kimi mövcuddur mu? Faktiki olaraq yol normal halda açıq olduğu üçün xeyr. Bütün hallarda qəbul olunub ki, “bilər” də müəyyən bir sərbəstlik var. Yəni inzibati orqan bunu edə bilər yaxud etməyə bilər. Lakin bu misalda polisin yağışlı hava ilə bağlı qərar qəbul etdiyini zənn etsək bu qərar 2.0.7-ci maddə timsalında “qərarlar”-a aiddir mi? Bu kimi maraqlı məqamlar mövcuddur.

Nəticə olaraq, mənim fikrimcə, inzibati orqanların qəbul edəcəyi qərarlarla bağlı qanunvericilikdə qeyd olunmuş “bilər” ifadəsi hələ diskresyon səlahiyyətin mövcudluğuna dəlalət etmir. Lakin əksər hüquq cəmiyyəti “bilər” olduğu təqdirdə diskresyon səlahiyyətin mövcudluğu fikrinə dəstək çıxır.


[1] “Azərbaycanda inzibati məhkəmə icraatı”, Anya Köniqsmann, “Hüquq ədəbiyyatı”  nəşriyyatı, Bakı, 2013; səh 67

Rəy bildir

Your email address will not be published. Gərəkli sahələr * ilə işarələnmişdir