Ozon təbəqəsi və onun mühafizəsi: Vyana Konvensiyası

06.04.2023 6 dəqiqə oxuma müddəti
Paylaş

Ozon təbiətdə bir o qədər rast gəlinə bilən birləşmə deyil. Buna səbəb ozonun aktiv bir maddə olmasıdır və asanlıqla başqa maddələrlə reaksiyaya girə bilir. Əgər otağa ozon qazı buraxsaq o asanlıqla parçalanacaq və otaqda olan hərhansı bir maddə ilə yaxud əgər hidrogen varsa onunla reaksiyaya girərək su əmələ gətirəcək.  Buna görə də ozon insan müdaxiləsi ilə saxlana bilən bir maddə deyil. Bunları nəzərə alaraq əgər otağa xlor tərkibli maddələr daxil etsək (xlor tərkibli maddələr və birləşmələr ozonun parçalanması və dağılmasında ən aktiv rolu oynayır) ozon asanlıqla həmin maddələrlə reaksiyaya girərək parçalanacaq.

1970-80.ci illərdə ozon qatında baş verən incəlmələr insan bədənində müxtəlif xəstəliklərə (melanoma-dəri xərçəngi) gətirib çıxartdığına görə ölkələr və cəmiyyətlər ozon qatı ilə bağlı ciddi tədbirlər görməyə başladılar. İlk öncə müzakirələr gedirdi ki, ölkələri məcburi hansısa tədbirlərə cəlb etmədən və ya hansısa sazişi bağlamadan ozon qatını necə bərpa etmək olar? Təkliflərdən biri o idi ki, ozonu müəyyən vasitələrlə stratasferə qaldırmaq və orada onun konsentrasiyasını artıraraq ozon təbəqəsini bərpa etmək. Bu təklif baş tutmadı çünki stratasferdə hərəkət çətindir, və ozonun sürətli reaskiyaya girdiyini nəzərə alsaq sadəcə asanlıqla parçalanacaq. İdea olaraq yaxşı fikir deyildi. Daha sonra anladılar ki, ozonu bərpa etmək məqsədilə belə asan yollara əl atmaq yox daha tez bərpası üçün ozonun dağılmasına yol açan maddələrdən istifadəni azaltmaq lazımdır. Ənənəvi olaraq ölkələr məcburi qüvvəsi olan sənədə razılıq vermədilər və ozon təbəqəsinin mühafizəsi üzrə Vyana Konvensiyası 22 mart 1985.ci ildə qəbul edildi.

Vyana Konvensiyası çərçivə sazişidir və daha çox ümumi əməkdaşlığı əhatə edir. Çərçivə sazişi olmasına baxmayaraq ilkin formada ozon qatına təsir edən maddələrin siyahısını verir. Yəni maddələri sadalayır və altından da onun ziyan verdiyi ən çox birləşmələri sadalayır(bu birləşmələr biləvasitə ozon qatını dağıdan maddələrdir). Vyana konvensiyasının əsas məqsədi saziş tərəflərinin ozon təbəqəsinin mühafizəsi üzrə səyləri birləşdirməli olduğunu təsdiq etməkdir. Ölkələr qəbul edirlər ki, ozon təbəqəsində problem var və bu təbəqənin tamamilə yoxa çıxmaması üçün səylərini birləşdirməlidirlər. Hansı sahədə səylər mövcuddur:

  • Qanunvericilik sahəsində əməkdaşlıq- emissiyaların azaldılması üçün sənaye və iqtisadiyyatın qanunvericiliyə implementasiya edilməsi, ölkənin emissiyalara qarşı daha ciddi monitorinqlər aparması.

  • Davamlı elmi inkişafın aparılması- daha çox yeni kimyəvi tullantıların vaxtında aşkara çıxarılması üçün bu araşdırmalar aparılır. Çünki 70-80.ci illərdə əsas diqqət xlor birləşmələrində idisə, bronlu birləşmələrində kifayət qədər təhlükəli olduğunu gördülər. Elmi araşdırmalar nəticəsində aydın oldu ki, əvvəllər təhlükə törətməyən maddələr (bron birləşmələri) artıq təhlükə mənbəyidir. İqtisadi inkişaf sürətləndikcə yeni çirkləndiricilər ortaya çıxır və elmi cəhətdən bu yeni çirkləndiricilərin təhlükələrini və risklərini aydınlaşdırmaq əhəmiyyətlidir. Bu məlumatlar isə konvensiyaya üzv dövlətlər tərəfindən barter olunmalıdır.

  • İnzibati idarəçilik- inzibati idarəçilik dedikdə kadrların və idarəçiliyin elə qurulması nəzərdə tutulur ki, ozonun mühafizəsi daha uyğun şəkildə aparıla bilsin. Buna misal instutsional dəyişiklər ola bilər; ozonun mühafizəsi üzrə spesifik qurumların yaradılması, səlahiyyətlərin rublikasına yol verilməməsi(bir işlə bir neçə qurumun məşğul olması).

  • Texnologiyaların transferi və paylaşılması- texnologiyaların transferi Vyana Konvensiyası tərkibində ən vacib məsələlərdən biridir- bu və ya başqa şəkildə tullantıları azaldan texnologiyalar, texnoloji prosesslər hansıki xlor, bron kimi birləşmələrin parçalanmasına mane olur. İnkişaf etmiş ölkələrin bu texnologiyaları paylaşması praktikada çətinliklə üzləşir. Buna səbəb isə əqli mülkiyyət hüququdur. Bu texnologiyalar patientləşir və onların müəyyən sahibləri var. Təbii olaraq həmin ölkələr bu texnologiyaları bağışlamaq tərəfdarı deyillər. Lakin əsas çirkləndirici rolunu inkişaf etmiş ölkələr daşıdığı üçün (bir növ günahlarını yumaq məqsədilə) güzəştli şərtlərlə texnologiyaları barter edirlər.

Son olaraq Vyana Konvensiyası bağlandıqdan sonra başa düşüldü ki, ozonu qorumaq üçün çərçivə sazişi kifayət deyil. Ona görə daha sərt və məcburi qüvvəsi olan bir protokol hazırlanması vacib oldu. Bununlada Monreal protokolunun mətni hazırlandı.

Mənbə: https://eur-lex.europa.eu/EN/legal-content/summary/vienna-convention-for-the-protection-of-the-ozone-layer.html

Rəy bildir

Your email address will not be published. Gərəkli sahələr * ilə işarələnmişdir