Müqavilə nədir?

22.03.2023 3 dəqiqə oxuma müddəti
Paylaş

Müqavilə qanuni qüvvəyə malik olan vəddir (və ya vədlər toplusudur); “qanuni qüvvəyə malik olan” dedikdə, qanunun vəd verən şəxsi (“vəd verəni”) həmin vədi yerinə yetirməyə məcbur edəcəyini və ya vədin yerinə yetirilmədiyinə görə onun verildiyi şəxsə (“vəd verənə”) zərəri ödəmək üçün kompensasiya verəcəyini nəzərdə tuturuq. Vədlər həyatımızın ümumi xüsusiyyətidir; fərdlər ailə üzvlərinə və onların dostlarına vədlər verir, iş yerində vədlər verilir, təchizatçılar və onların müştəriləri malların tədarükü və alınması ilə bağlı vədlər verirlər, xidmətlər və siyasi partiyalar seçki vədləri verirlər. Bununla belə, bu vədlərin yalnız bəziləri hüquqi qüvvəyə malikdir və məcburi qüvvəyə malik olanların yalnız bəziləri müqavilələrdir. Müqaviləyə səbəb olacaq vəd üçün o, mahiyyət etibarilə tələb olunan bir şeyin əvəzində təklif edilən öhdəliyə bərabər olmalıdır; məsələn, A-nın B-yə 10.000 dollar ödədiyi halda B-yə avtomobilini verəcəyinə dair vədi. Bu cür vədlərə xas olan “sövdələşmə” anlayışı – əgər bunun müqabilində bir şey etsəniz, mən bir şey edəcəm- müqavilənin xarakterik xüsusiyyətidir.
Qeyd etdiyimiz kimi, bəzi vədlər müqavilə xarakterli olmasa da, tərəflər üçün məcburi qüvvəyə malikdir. Beləliklə, sövdələşmə elementini ehtiva etməyən bir vəd əgər vəd verən şəxs həmin vədə etibar etmişsə, yenə də qanuni hüquqlar və öhdəliklər yarada bilər. Əks təqdirdə vəd verənin cəzasız qalaraq geri çəkilməsinə icazə vermək ədalətsiz olardı. Bu, Waltons Stores (Interstate) Ltd Maherə qarşı işində müəyyən edilmişdir. Müvafiq işdə inşaatçı (Maher) yeni tikilmiş binaların Waltons Stores-a (Waltons) icarəyə veriləcəyini başa düşərək əmlak üzərində işə başlamağa razılaşır. Maher Waltonsun nümayəndəliklərinə güvənib, lakin Maher köhnə binanı söküb yeni binaya başladıqdan sonra Waltons razılaşmadan imtina etmişdir. Heç bir yazılı müqavilə olmasa da, Avstraliya Ali Məhkəməsi Maherin Waltonsun təmsilçiliyinə güvəndiyinə və sonrakı vicdansız davranışına görə zərər çəkdiyini bildirdi. Beləliklə, Waltons müqavilənin mövcudluğunu inkar etməkdən çəkindi. Bu iş Avstraliyada iddiaçının equitable estoppel1 tələb etmək hüququ üzərində presedent yaratdı.

1Ümumi hüquq sisteminə məxsus prinsipdir. Əgər vəd vermiş şəxs qarşı tərəfin zərərinə səbəb olacaq hansısa hərəkət etsə öz vədindən geri dönə bilməz.

 

Tərcümə edildi: Mahirə Ağalarzadə

 

Mənbə: https://www.oup.com.au/__data/assets/pdf_file/0022/140674/CLARKE_9780195593853.pdf